Moskvada Nəsimi Festivalı keçiriləcək

Tarix:15-11-2018, 10:50 Baxış Sayı:52

Moskvada Nəsimi Festivalı keçiriləcək
Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi Festivalı keçiriləcək.

Manera.az xəbər verir ki, festival çərçivəsində "Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq.

Konfransda tarixi şəxsiyyətin fəaliyyətini müxtəlif aspektlərdən təhlil etməyə imkan verən İslam mistisizminin şairin humanist dünyagörüşünün formalaşmasına təsiri, Nəsiminin ədəbi-fəlsəfi irsi və digər mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ