Bakıda Avropa Film Festivalı başlayır

Tarix:10-10-2018, 11:59 Baxış Sayı:33

Bakıda Avropa Film Festivalı başlayır
Oktyabrın 10-dan 21-dək “Park Cinema”da 9-cu Avropa Film Festivalı keçiriləcək.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, həmçinin Norveç səfirliyi tərəfindən təşkil olunub.

MANERA.AZ xəbər verir ki, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaus Avropa ilə Azərbaycan arasında mədəni əlaqələrinin genişləndiyini vurğulayıb.

Diplomat qeyd edib ki, festival çərçivəsində 17 Avropa İttifaqı ölkəsindən - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq, eləcə də Norveç və Azərbaycandan 19 film nümayiş olunacaq. Filmlər seçilərkən bütün kinosevərlərin marağı nəzərə alınıb.
Bakıda Avropa Film Festivalı başlayır
Qeyd edək ki, oktyabrın 10-da festival çərçivəsində “Vəhşi Amsterdam” sənədli filmi nümayiş olunacaq. Filmin iki tanınmış rejissoru təqdimatda iştirak edəcəklər.

Film festivalı oktyabrın 21-də azərbaycanlı rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq" filmi ilə başa çatacaq.

Filmlərə giriş pulsuzdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ