Əməkdar artistimiz Sankt-Peterburq səhnəsində

Tarix:10-10-2018, 11:45 Baxış Sayı:33

Əməkdar artistimiz Sankt-Peterburq səhnəsində
Oktyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Adolf Adanın “Korsar” baleti nümayiş etdiriləcək.

MANERA.AZ xəbər verir ki, “Mariya-2” səhnəsində təqdim olunacaq baletdə Əlinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Korsar” baletinin 1863-cü ildə Mariya Teatrında Marius Petipanin xoreoqrafiyasında, 1987-ci ildə S.M.Kirov adına Opera və Balet Teatrında (indiki Mariya Teatrı) Pyotr Qusevin redaktəsində premyeraları olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ