İçərişəhərdə növbəti sərgi

Tarix:10-10-2018, 11:15 Baxış Sayı:32

İçərişəhərdə növbəti sərgi
Oktyabrın 24-də "Art Tover” rəsm qalereyasında gənc rəssam Fəridə Qarayevanın "Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi açılacaq.

MANERA.AZ xəbər verir ki, sərgidə rəssamın 20-dək sənət əsəri nümayiş olunacaq. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir.

Oktyabrın 31-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Qeyd edək ki, Dekorativ-Tətbiqi Sənət Festivalı Gənclər Şəbəkəsi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və "Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.

Mədəniyyət və İncəsənət Universitetinin xalçaçı rəssam ixtisası üzrə təhsil alan F.Qarayeva, çoxsaylı sərgi, plener və festivallarda iştirak edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ