Lütfiyar İmanovun 90 illik yubileyi keçiriləcək

Tarix:10-10-2018, 11:02 Baxış Sayı:27

Lütfiyar İmanovun 90 illik yubileyi keçiriləcək
Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, “İstiqlal” ordenli, professor Lütfiyar İmanovun anadan olmasının 90 ili tamam olub.

MANERA.AZ xəbər verir ki, Lütfiyar İmanov dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Sənətkar səs imkanlarından məharətlə yararlanaraq obrazların mənəvi dünyasını dolğunluqla yaratmağa müvəffəq olub.

Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.

Görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, “İstiqlal” ordenli, professor Lütfiyar İmanovun 90 illik yubileyi münasibətilə 2018-ci ilin 19 may tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunub, 6 iyun tarixində isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yubiley tədbiri təşkil olunub.

Yubiley tədbirləri çərçivəsində oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və məşhur solistlərin iştirakı ilə sənətkara həsr olunmuş yubiley gecəsi keçiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ