Azərbaycan beynəlxalq kinofestivalda təmsil olunacaq

Tarix:13-09-2018, 14:00 Baxış Sayı:67

Azərbaycan beynəlxalq kinofestivalda təmsil olunacaq
Sentyabrın 16-dan 23-dək Gürcüstanın Batumi şəhərində XIII Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF) keçiriləcək.

MANERA.AZ xəbər verir ki, Azərbaycanı tədbirdə rejissor Ruslan Ağazadə “Balaca” adlı qısametrajlı film ilə təmsil edəcək.

Festivalda ən yaxşı bədii, ən yaxşı sənədli və ən yaxşı qısametrajlı film nominasiyası üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.

Kinofestivalda ABŞ, Rusiya, Almaniya, İran, Fransa, Ukrayna, Ermənistan və digər ölkələri təmsil edən kinematoqrafçılar iştirak edəcəklər.

Qeyd edək ki, “Balaca” filmi “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu il çəkilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ