Teatr yeni mövsümü “Əlibaba və qırx quldur”la açacaq

Tarix:13-09-2018, 13:54 Baxış Sayı:52

Teatr yeni mövsümü “Əlibaba və qırx quldur”la açacaq
Sentyabrın 15- də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 87-ci mövsümün açılışı zamanı "Əlibaba və qırx quldur" tamaşası nümayiş olunacaq.

MANERTA.AZ xəbər verir ki, iki seans olmaqla (12 və 14:00) nümayiş olunacaq tamaşanın səhnələşdirmə və quruluşu teatrın istedadlı rejissoru Anar Məmmədova məxsusdur. Zəngin səhnə tərtibatlı və ecazkar Şərq elementli tamaşanın quruluşçu rəssamı teatrınn baş rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli "Min bir gecə" baleti əsasında qurulub. Tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər.

Tamaşaçılar mövsümün açılışı günündə repertuardakı maraqlı nümunələrdən olan (saat 16:00) "Şəngülüm, Məngülüm"ü də izləyəcəklər. "Şəngülüm, Şüngülüm və Məngülüm" mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Mono kukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır.

Mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı "Şəngülüm, Şüngülüm və Məngülüm" mənzum nağılından seçilib.

Qeyd edək ki, ilin sonunadək isə iki yeni tamaşa - türk nağıllarından "Keloğlan masalları" əsasında "Kəloğlan" və məşhur "Piter Pennin sərgüzəştləri" hazırlanacaq. Səhnə əsərlərinə teatrın baş rejissoru Qurban Məsimov və rejissor Anar Məmmədov quruluş verəcəklər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ