"YUĞ"da “Naməlum Axundzadə” tamaşası olacaq

Tarix:11-07-2018, 14:00 Baxış Sayı:36

"YUĞ"da “Naməlum Axundzadə” tamaşası olacaq
İyulun 12-də “Yuğ” Dövlət Teatrında “Naməlum Axundzadə” tamaşası nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, M.F.Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva və Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər Toğrul Kamal və Aytən Məmmədovadır.

Janrı esxataloji komediya kimi təyin olunan tamaşada Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov və Hikmət Rəhimov çıxış edirlər.

Biletlər teatrın kassasından əldə etmək olar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ