“Payız sonatası” tamaşasının premyerası olub

Tarix:8-07-2018, 17:29 Baxış Sayı:48

“Payız sonatası” tamaşasının premyerası olub
İyulun 7-də Azərbaycan Dövlət Rus Dram Teatrında görkəmli İsveç yazıçısı və kinodramaturqu İnqmar Berqmanın pyesi əsasında səhnəyə qoyulmuş “Payız sonatası” tamaşasının premyerası olub.

MANERA.AZ xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, dekorasiyalar üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır.

Ana və qızın mürəkkəb münasibətlərindən bəhs edən “Payız sonatası” tamaşaçının qəlbinə nüfuz edir, ona əsərin qəhrəmanlarının keçirdiyi hissləri yaşadır.

Tamaşada rolları Xalq Artisti Lyudmila Duxovnaya, aktyorlar Rumiyə Ağayeva, Natəvan Hacıyeva və Aleksey Saprıkin ifa ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ