Aşıq Azər Xanlaroğlu vəfat etdi

Tarix:12-05-2018, 16:00 Baxış Sayı:1071

Aşıq Azər Xanlaroğlu vəfat etdi
Azərbaycanın ustad aşıqlarından olan Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlu dünyasını dəyişib.

Manera.az xəbər verir ki, bu barədə məlumatı jurnalist, şair Ehtiram İlham yayıb. Onun ötən gün ağır vəziyyətdə yerləşdirildiyi Mərkəzi Neftçilər Xəstəxanasından səhər saatlarında vəfat etdiyi bildirilir.

***
Aşıq Azərlə vida mərasimi bu gün saat 13:00-da ailənin Badamdar qəsəbəsində yerləşən evində təşkil edilib.

Vida mərasimindən sonra mərhun nəşi Qurd Qapısı qəbiristanlığında, atası Aşıq Xanlar Məhərrəmovun yanında dəfn edilib.

***
Azər Məhərrəmov 1982-ci ildə dünyaya gəlib. Məşhur aşıq Xanlar Məhərrəmovun ailəsində göz açan Azər uşaqlıqdan sazın sirlərinə yiyələnib.

1999-cu ildə, Aşıq Xanlar Məhərrəmovun 49 yaşında gözlənilmədən vəfat etməsindən sonra atasının məşhur sazını yaşadıb, bir sıra müsabiqələrin qalibi olub, Azərbaycan aşıq sənətinin xaricdə təbliğində iştirak edib.

Aşıq Azər Xanlaroğlu 2016-cı ildən Hepatit B xəstəliyindən əziyyət çəkirdi. Həmçinin aşığın ayağında varikoz genişlənməsi yaranmışdı. Aşıq xəstəlikləri ilə əlaqədar dəfələrlə Rusiyada, Türkiyədə müalicə edilsə də, ciddi nəticə əldə olunmamışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ