Həftəsonu hansı tamaşalar var?

Tarix:14-04-2018, 14:13 Baxış Sayı:113

Həftəsonu  hansı tamaşalar var?
Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşaların nümayişi gözlənilir.

Mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, aprelin 14-də saat 19:00-da “Baladadaşın toy hamamı”, 15-də eyni saatda isə “999-cu gecə” tamaşaları təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv aprelin 14-də saat 12:00-da balaca tamaşaçılarının görüşünə rus xalq nağılı “Qoğalın sərgüzəştləri” və aprelin 15-də eyni saatda “Qızıl cücə” tamaşası ilə gələcək.

Musiqili Teatr həftəsonunu xoş ovqat və gülüş içində keçirmək istəyənlərin yolunu səbirsizliklə gözləyir. Biletləri mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət” filiallarından əldə etmək olar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ