“Çölçü” “Ən yaxşı bədii film” mükafatına layiq görülüb

Tarix:28-02-2018, 13:05 Baxış Sayı:202

“Çölçü”  “Ən yaxşı bədii film” mükafatına layiq görülüb
Rejissor Şamil Əliyevin “Çölçü” filmi 6-cı “Virgin Spring Cinefest” beynəlxalq festivalında fevral ayının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

Ekran işi “Golden Galaxy Award” mükafatının nominantı statusunu qazanıb.

Mükafatın təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzində keçiriləcək.

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ