“Testene Art Baku” Beynəlxalq İncəsənət festival-müsabiqəsi olacaq

Tarix:20-02-2018, 11:24 Baxış Sayı:204

“Testene Art Baku” Beynəlxalq İncəsənət festival-müsabiqəsi olacaq

Martın 27-dən aprelin 2-dək Bakıda “Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək. Festival Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə baş tutacaq. Bu barədə məlumat Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarədən verilib.

Müsabiqədə münsiflər heyəti kimi Rusiyanın Xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarıstanın Xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu, Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstriya cəmiyyətinin prezidenti Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər.

Müsabiqə 7 nominasiya: vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçiriləcək.

Festivalda qalib gələn iştirakçılar I, II, III dərəcəli diplomlarla təltif olunacaq, onlara xüsusi hədiyyələr və təşəkkürnamələr veriləcək.

Vokalçılar arasında Qran-Priyə layiq görüləcək iştirakçıya Rusiyanın Xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.

Qeyd edək ki, ilk dəfə 2016-cı ildə keçirilən “Testene Art Baku” I Beynəlxalq festival-müsabiqədə müxtəlif ölkələrdən xeyli sayda iştirakçılar Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıblar.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ