Bakıda “İrrealizm” adlı rəsm sərgisi açılıb |MANERA.AZ

Tarix:19-02-2018, 23:44 Baxış Sayı:562

Bakıda  “İrrealizm” adlı rəsm sərgisi açılıb |MANERA.AZ
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-da institutun sərgi salonunda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının “İrrealizm” adlı fərdi sərgisinin açılışı olub.

MANERA,AZ xəbər verir ki, sərgidə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri cənab Erkan Özoral, xarici diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Bakıda  “İrrealizm” adlı rəsm sərgisi açılıb |MANERA.AZ

Mərasimdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir çıxışında qeyd edib ki, sərgidə nümayiş olunan əsərlərin xeyli hissəsi ötən il çəkilib və həmin əsərlər dərin məzmun kəsb edir: “Rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin. Bu mənada Soltan öz işinin öhdəsindən bacarıqla gəlir və mövzunu tamaşaçı üçün bütünlüklə açmağa çalışır. Soltan Soltanlı həm də qrafik və karikaturaçı rəssam kimi tanınır. O, bir sıra beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, sərgi və festivalların iştirakçısıdır, əsərləri beynəlxalq kataloqlarda yer alıb. Rəssamın əsərləri müxtəlif ölkələrdəki muzey və özəl kolleksiyalarda da saxlanılır”.

Bakıda  “İrrealizm” adlı rəsm sərgisi açılıb |MANERA.AZ

Sərginin müəllifi Soltan Soltanlı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək irrealizm üslubunun çağdaş rəssamlıqda bədii-estetik prinsipləri, tələbləri haqqında məlumat verib. Onun söylədiyinə görə, irrealizm təsviri sənətdə yeni üslubdur, “irreal” – gerçək olmayan deməkdir və fantaziyalara əsaslanan yaradıcılığı xarakterizə edir. Müəllif bildirib ki, irrealizmin başlıca tələbi qeyri-reallığı inandırıcı, məntiqli, fəlsəfi, aydın və sadə çəkməkdir. O da həmin üslubun tələblərinə əməl edərək sənətin əbədi mövzularına baş vurmağa, tamaşaçıları düşünməyə və düşündürməyə çalışıb.

Sonra rəssam onun əsərləri ilə tanış olmağa gələnləri sərgi salonuna dəvət edib və tamaşaçılar onun fırçasının irrealizm üslubda olan yaradıcılıq məhsullarını maraqla izləyiblər.

Bakıda  “İrrealizm” adlı rəsm sərgisi açılıb |MANERA.AZ

Qeyd edək ki, sərgi fevralın 23-dək davam edəcək.

Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ