Türkiyədə Azərbaycan film həftəsinin keçirilməsi müzakirə olunub

Tarix:15-02-2018, 16:56 Baxış Sayı:158

Türkiyədə Azərbaycan film həftəsinin keçirilməsi müzakirə olunub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaralla görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən MANERA.AZ-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi də müzakirə olunub. Eyni zamanda, bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ