TRT sənədli film yarışması başlayıb

Tarix:13-02-2018, 14:21 Baxış Sayı:56

TRT sənədli film yarışması başlayıb
Beynəlxalq TRT sədənli film mükafatları yarışmasına müraciətlər davam edir.

Türkiyə Radio Televiziya Şirkəti TRT bildirir ki, həvəskar və professional sənədli film istehsal edənlərə dəstək məqsədiylə 2009-ci ildə başladılan və bu il 10-su keçiriləcək TRT sənədli film mükafatları yarışmasına müraciətlər davam edir.

Keçən il 9-su təşkil edilən TRT sənədli film mükafatları yarışmasına 78 ölkədən 677 sənədli film iştirak etdi. Bu il də yarışmaya ölkə daxilindən və xaricdən böyük maraq göstərilir.

TRT Sənədli Mükafatları yarışına müraciətlər 16 Fevral 2018-də sona çatacaq. İlk seçmələrin nəticəsi 12 Mart 2018-də elan olunacaq. Finala vəsiqə qazanan filmlər isə 10-13 May 2018 tarixləri arasında keçiriləcək "TRT sənədli film günləri" tədbirində tamaşaçılara təqdim ediləcək.

Müsabiqənin qalibləri 14 May 2018-ci il tarixində mükafat mərasimində elan ediləcəklər.

Bu il yarışmanın Milli Professional kateqoriyasında ən yaxşı film mükafatı 45.000 lirə, Tələbə Filmləri nominasiyasında isə 20.000 lirə olacaq. Beynəlxalq Müsabiqədə ən yaxşı filmə isə 10 min avro mükafat veriləcək.

Müsabiqə ilə əlaqəli ətraflı məlumat "www.trtbelgesel.com" ünvanından əldə edilə bilər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ