Orxan Fikrətoğlunun hekayəsi əsasında hazırlanan tamaşa nümayiş olunacaq

Tarix:13-02-2018, 14:18 Baxış Sayı:47

Orxan Fikrətoğlunun hekayəsi əsasında hazırlanan tamaşa nümayiş olunacaq
14 Fevral tarixində saat 19:00 da Yuğ Dövlət Teatrında Orxan Fikrətoğlunun "İtki" və bir neçə hekayəsi əsasında hazırlanan "FƏNA" tamaşası nümayiş olunacaq.

Tamaşanı səhnələşdirən, quruluşçu rejissor və plastik həll - Mir Sahib Ağazadə

Rəssam - Əməkdar Rəssam Rəşid Şerif

Musiqi tərtibatı - Mir Sahib Ağazadə, İffət Əsgərov və Amid Qasımov.

Tamaşada aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehtiyev və Novruz Novruzlu iştirak edirlər.

"Özünü" itirmiş bir kişi birdən birə bunun fərqinə varır. Xanımı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır. Sonradan məlum olur ki, sən demə onlar da "özlərini" itiriblərmiş. Çox çək-çevirdən sonra hər üçü öz fitrətlərini insan surətində görüb "özlərinə" qayıdırlar.
Janrı "bir nəfəslik mərifət oyunu" kimi təqdim olunan tamaşada Türkiyənin məhşur dj-i, rok-caz musiqisi ilə mistik-irfani musiqiləri sintez edən Mərcan Dədənin musiqilərindən istifadə olunmuşdur.

Tamaşanın xronometrajı 1 saatdır.

Biletlər "Kukla" teatrının kassasında satılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ