Macar filmi “Oskar”a iddiaçıdır

Tarix:3-01-2018, 12:54 Baxış Sayı:61

Macar filmi “Oskar”a iddiaçıdır
“Bədən və ruh haqqında” (Testről és lélekről) adlı macar dramı sayca 90-cı olacaq “Oskar” mükafatının “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında 9 filmdən ibarət iddiaçılarının siyahısına salınıb.

MANERA.AZ xəbər verir ki, builki “Əcnəbi dildə ən yaxşı film” müsabiqəsinə 92 ölkə öz filmini təqdim edib. Bu filmlərin arasından beşi seçilərək yanvarın 23-də elan ediləcək.

Rejissor İldiko Enyedinin Macarıstan Milli Kinofondunun dəstəyi ilə çəkdiyi film artıq Berlin Beynəlxalq Kinofestivalında “Qızıl ayı” adlı baş mükafatı, həmçinin Beynəlxalq Kino Mətbuatı Federasiyasının və münsiflər heyətinin mükafatını qazanıb. Bundan əlavə, Aleksandra Borbeli bu filmdəki işinə görə Avropa Kino Akademiyasının ən yaxşı aktrisa mükafatına layiq görülüb.

Daha əvvəl də Macarıstanın iki filmi əcnəbi dildə ən yaxşı film nominasiyasında “Oskar” əldə edib. Bunlar İştva Sabonun “Mefisto” kinolenti, digəri isə Laslo Nemeşin “Saulun oğlu” filmidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ