ADO-da yeni ilin ilk tamaşası

Tarix:1-01-2018, 21:06 Baxış Sayı:39

ADO-da yeni ilin ilk tamaşası
ADO teatrı (Azərbaycan Dağınıq Oda teatrı) yeni ilin ilk tamaşasını təqdim edəcək.

MANERA.AZ xəbər verir ki, “Toy” adlı tamaşa məşhur alman dramaturq Bertolt Brextin “Meşşan Toyu” pyesi əsasında hazırlanıb.

Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Aytən Əliyeva, Zərif Bəkirova və Zaur Hacızadə canlandıracaq.

“TOY” tamaşasının rəsmi dəstəkçisi: “Goethe Zentrum – Baku” (Goethe İnstitut)-dur.

Tamaşanın nümayişi yanvarın 5-də, saat 20-də baş tutacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ