manera.az
manera.az

İsmayıllıda sənətkarlıq və milli mətbəx yarmarkası

İsmayıllıda sənətkarlıq və milli mətbəx yarmarkası
Qədim tarixə, zəngin mədəni irsə, çoxəsrlik ənənələrə malik İsmayıllı rayonu daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. İsmayıllıda bayram bayrama qarışacaq.

MANERA.AZ xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı rayon Regional İdarəsinin təşkilatçılığı ilə 30 dekabr – 4 yanvar tarixlərində İsmayıllı şəhərindəki Turist Mərkəzində sənətkarlıq, folklor və milli mətbəx yarmarkası təşkil olunacaq.

Bayram şənlikləri saat 11:00-da başlayıb axşama kimi davam edəcək.

Şəhər sakinləri və qonaqlar 6 gün ərzində milli folklor nümunələrini dinləyəcək, Şirvan aşpazlarının bişirdikləri təamlardan dadacaq, dulusçuların, papaqçıların, misgərlərin əl işləri ilə tanış olacaqlar.

Yarmarkada İsmayıllı ilə yanaşı, Qobustan, Şamaxı, Ağsu və Qəbələ rayonundan gələn sənətkarlar da əl işlərini nümayiş etdirəcəklər.

Təşkilatçılar uşaqları da unutmayıblar. Uşaqlar üçün ayrıca tamaşalar göstəriləcək. Bu isə onların bayram tətilini səmərəli keçirməsinə kömək edəcək.

Saat 18:00-dan sonra isə Mədəniyyət Sarayı böyüklərin ixtiyarına veriləcək. İsmayıllı sakinləri və qonaqlar 6 gün ərzində müxtəlif sürprizlərlə qarşılaşacaqlar.../trend.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031