manera.az
manera.az

“H.E.Art” adlı rəsm sərgisi açılıb

“H.E.Art” adlı rəsm sərgisi açılıb
İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “H.E.Art” adlı rəsm sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, İsveçrə və onun təbiətinə həsr edilən sərgi bu ölkənin Azərbaycandakı səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşıb.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov layihə haqqında qonaqlara məlumat verib. O, qeyd edib ki, bu layihədə Amerika, İngiltərə və Azərbaycanı təmsil edən rəssamlar iştirak edir: “Bu, ekoloji layihədir. Rəssamlar işlənmiş neft barelləri üzərində maraqlı və əsrarəngiz sənət əsərləri yaradırlar. Sonra həmin çəlləklərin içərisinə ağac əkərək sərgiləməklə yanaşı, şəhərimizin yaşıllaşmasına töhfə verəcəyik”.

Tədbirdə iştirak edən İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder layihənin önəmindən danışıb. Qeyd edilib ki, layihənin bir əhəmiyyəti də azərbaycanlı və isveçrəli rəssamların əməkdaşlıq etməsidir: “Bakı neft paytaxtıdır. Layihə iki il ərzində dəstək verdiyim ilk rəsm layihəsidir”.

Qeyd edək ki, sərgi gələn il yanvarın 10-dək ziyarətçilər üçün açıq qalacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031