Qəbələdə “Veselo” festivalı keçiriləcək

Tarix:5-12-2017, 11:03 Baxış Sayı:34

Qəbələdə “Veselo” festivalı keçiriləcək
2018-ci ilin yanvarın 4-11-dək Qəbələdə “Veselo” adlı festival keçiriləcək.

MANERA.AZ xəbər verir ki, festival Ukraynanın “CİTA” turizm şirkətinin “Kvartal 95” studiyası ilə birgə təşkil etdiyi müəllif layihəsidir.

Festivalın günorta proqramına müxtəlif idman turnirləri, əyləncəli müsabiqələr, rəqs master-klasları, “Nə? Harada? Nə vaxt?” klubunda intellektual batllar daxildir. Axşam proqramı isə konsertlər, kvestlər, karaoke, lətifələr müsabiqələrindən ibarətdir.

“Veselo” festivalı artıq 10 ildir keçirilir. Ötən festivalların qonaqları Valeri Meladze, Yelena Vaenqa, Vladimir Presnyakov, Natalya Podolskaya, Diana Arbenina, Lolota, Ani Lorak, Leonid Aqutin, Vera Brejneva, Tomas Anders və digər məşhur müğənnilər olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ