Film Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək

Tarix:15-11-2017, 11:42 Baxış Sayı:35

Film Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək
15 noyabr 2017-ci il tarixində, saat 17:00-da Nizami Kino Mərkəzində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (BBTFF) açılışı ilə əlaqədar mətbuat konfransı keçiriləcək.

Manera.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr tarixində keçiriləcək festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivala təqdim olunan filmlər kinematoqrafçılardan, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqə üçün seçilən filmlər aşağıdakı 5 kateqoriya üzrə yarışacaqlar:

Ölkə, region, şəhər;
Mədəniyyət, ənənə;
Reklam filmləri;
Ekoturizm və digər turizm növləri;
TV məhsullar (filmlər, videoçarxlar).


Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yerə Qızıl mükafat – diplom və mükafat,

II yerə Gümüş mükafat – diplom və mükafat,

III yerə Bürünc mükafat – diplom və mükafat
təqdim ediləcək.

Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" – diplom və mükafatla təltif ediləcək.

Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında fikir mübadilələri həyata keçirəcək.

BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Festivalın təşkilati işlərini “Salnaməfilm Studiyası” həyata keçirir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ