Həvəskar rəssamın ilk sərgisi

Tarix:11-11-2017, 16:42 Baxış Sayı:44

Həvəskar rəssamın ilk sərgisi
Noyabrın 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində həvəskar rəssam Cəmilə Piriyevanın “Karma” adlı ilk fərdi sərgisi açılacaq.

MANERA.AZ xəbər verir ki, sərgidə gənc rəssamın 40-dək sənət əsəri nümayiş olunacaq. Sərgidə nümayiş ediləcək rəsmlər fırça ustasının birillik yaradıcılığının bəhrəsidir.

Rəssamın yaradıcılığında müxtəlif mövzu və janrlara aid əsərlərə rast gəlmək olar. C. Piriyeva əsasən abstrakt, portret, sürrealizm və illüstrasiya janrlarında işlədiyi tabloları xüsusi maraq doğurur. “Sevginin rəngləri”, “Eşq şərabı”, “Soyuq əllər” və digər əsərləri rəssamın özünəməxsus poetik ruhunu əks etdirir. Onun yaratdığı portret nümunələri – “Susmuş qadın”, “Məsum qadınlar” və “Çobanyastığı ilə qadın” da fərqliliyi ilə seçilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ