Türkiyə - Azərbaycan arasında sənət körpüsü

Tarix:15-10-2017, 13:06 Baxış Sayı:74

Türkiyə - Azərbaycan arasında sənət körpüsü
Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Bakı Yunus Emrə İnstitutu, İzmir Balçova Bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin birgə təşkilatçılığı ilə 17-21 Oktyabr 2017-ci il tarixlərində Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək.

MANERA.AZ xəbər verir ki, sənətçi Günay Mehdizadənin təşkilatçılıq etdiyi layihə çərçivəsində həyata keçirilən sərgisinin açılışı 19 oktyabr 2017-ci il tarixində olacaq.

Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində baş tutacaq.

Sərgidə türkiyəli və azərbaycanlı rəssamların əsərləri rəsmlər nümayiş etdiriləcək.

Qeyd edək ki, layihənin birinci mərhələsi 28 may – 2 iyun tarixlərində azərbaycanlı rəssamların iştirakı ilə İzmirdə həyata keçirilib. Belə ki, rəssamların emalatxana fəaliyyətləri turistik gəzintilərlə zənginləşdirilmiş, emalatxana fəaliyyətlərinin ardından əsərləri İzmir Balçova Bələdiyyəsi Mədəniyyət Evində nümayiş etdirilən sənətçilər təşkil olunan çay süfrəsində bir araya gəlmişlər.

Sərgidə əsərləri nümayiş etdiriləcək rəssamlar:

Türkiyədən: Bedri Karayağmurlar, Mahmut Durmuş, Reyhan Abacıoğlu, Faden Suzan Kudsioğlu, Gündoğdu Uğraş, Hatice Aydoğan.

Azərbaycandan: Günay Mehdizadə, Suğra Bağırzadə, Adilə Əfəndi, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Elmar Ağamirzə, Mehriban Mehdizadə, Fatimə Mövlamova.

Fatimə,
MANERA.AZ

Türkiyə - Azərbaycan arasında sənət körpüsüБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ