Türkiyəli yazıçının əsəri Sumqayıt səhnəsində

Tarix:11-10-2017, 12:07 Baxış Sayı:60

Türkiyəli yazıçının əsəri   Sumqayıt səhnəsində
Sumqayıt Dövlət Dram Teatrında tanınmış Türkiyə yazıçısı Turqut Özakmanın “Ocaq” tamaşası növbəti dəfə də tamaşaçılara göstərilib.

Quruluşçu rejissor əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmov, rəssamı Mustafa Mustafayevdir.

Qeyd edək ki,tamaşanın növbəti təqdimatında ikinci heyəti (dublyorlar) öz oynunu nümayiş etdirib. Əməkdar artistlər Növrəstə Həşimovanın, Rauf Ağakişiyevin, Cəlal Məmmədovun, aktyorlar Sədaqət Nuriyevanın, Habil xanlarovun, Şəmistan Süleymanovun və İlahə Səfərovanın yer aldığı heyət tərəfindən təqdim olunan tamaşa maraqla qarşılanıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ