Filmlərimiz Türkiyədə nümayiş olunacaq

Tarix:23-08-2017, 15:00 Baxış Sayı:43

Filmlərimiz Türkiyədə nümayiş olunacaq

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyənin Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb.

Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq.

Festival avqustun 26-dək davam edəcək.

Festivalda filmlərimizi “Dərs” filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, “Qırmızı bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcəklər.

Festivalda, həmçinin gənc rejissor Fehruz Şəmiyev “Yol” filmi ilə iştirak edəcək.

“Dərs” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. “Dərs” bədii filmi məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir. Ekran əsərində rollara Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri çəkiliblər.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). İnsan və təbiət arasında münasibətlərdən, arzuların gerçəkləşdiyi məkandan bəhs edən “Qırmızı bağ” filmində rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ