“Qara adam” Qara dəniz sahilində - HUMAN teatrı festivalda

Tarix:4-08-2017, 21:57 Baxış Sayı:415

“Qara adam” Qara dəniz sahilində - HUMAN teatrı festivalda

Müstəqil “Human” teatrı 7-11 avqust tarixində Türkiyyənin Bartın şəhərində keçriləcək “11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017” teatr festivalında iştirak edəcək.

Teatr festivala, Sergey Aleksandroviç Yesenin “Qara adam” poeması əsasında hazırlanmış “ANQLETER 1925” psixoplastik vəhy – mono tamaşası ilə qatılacaq.
Tamaşanın rejissoru Şamil İbrahimov, Plastik həll üzrə rejissoru Teatrın bədii rəhbəri, əməkdar artist Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Sürayyə Əzizdir.

Qeyd edək ki, 32-dən çox teatrın qatıldığı festivalda, 16 təlimçi və 10 ustad dərsləri arasında “Human” Teatrının bədii rəhbəri Pərviz Məmmədrzayevin “bədən dili və aktyor oyunu” adlı ustad dərsi də yer alacaq.

Turan Etibaroğlu
Manera.az


“Qara adam” Qara dəniz sahilində - HUMAN teatrı festivalda

“Qara adam” Qara dəniz sahilində - HUMAN teatrı festivalda
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ