“Dostluq körpüsü” adlı folklor rəqs festivalı davam edir

Tarix:13-07-2017, 13:00 Baxış Sayı:12

“Dostluq körpüsü” adlı folklor rəqs festivalı davam edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtımızda “Dostluq körpüsü” adlı II beynəlxalq folklor-rəqs festivalı davam edir.

Tədbirin məqsədi uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Festivala ölkəmizlə yanaşı, Rusiya, İran, İsrail, Moldova, Latviya və Gürcüstandan olmaqla 400-dən çox rəqqas qatılıb.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən festival iştirakçıları üçün ekskursiyalar təşkil edilib. Qonaqlar “Yanardağ”, İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Azərbaycan Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Festivalın bağlanış mərasimi Mərdəkan Mədəniyyət Sarayında olacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ