Kamran Ağabalayev Türkiyədə filmə çəkiləcək

Tarix:14-07-2017, 10:02 Baxış Sayı:50

Kamran Ağabalayev Türkiyədə filmə çəkiləcək
“Tərkedilmiş” filmindəki Çirkin obrazına görə Əskişəhər Beynəlxalq Film Festivalında “Ən yaxşı aktyor” nominasiyası mükafatının sahibi, tanınmış azərbaycanlı aktyor Kamran Ağabalayev növbəti dəfə Türkiyə istehsalı olan filmdə rol alacaq.

“Kardeşim benim 2” adlı ekran əsərində onun tərəf müqabilləri Türkiyənin məşhur aktyorları Burak Özçivit və Murad Boz olacaq.

“Filmin çəkilişləri artıq başlayıb. Rol alacağım səhnələr isə iyulun 16-dan etibarən ekranlaşdırılacaq. Filmin təqdimatının noyabrda olacağı planlaşdırılır”, - deyə K.Ağabalayev söyləyib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ