manera.az
manera.az

Telman Əliyev dünyasını dəyişib

 Telman Əliyev dünyasını dəyişib

Bu gün Azərbaycan incəsənətinə ağır itki üz verib, Respublikanın Əməkdar artisti Telman Əliyev ömrünün 70-ci ilində qəftələn ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki,Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirmişdir. Gəncə Dövlət Dram Teatrının səhnəsində Bəhram ("Solğun çiçəklər" Cəfər Cabbarlı), Baloğlan ("Almaz" Cəfər Cabbarlı), Şeyx Alı ("Vaqif" Səməd Vurğun), Məşədi İbad ("Məşədi İbad" Üzeyir Hacıbəyov), Əliqulu ("Əliqulu evlənir" Sabit Rəhman), Xurşidbanu Natəvanın oğlu ("Xan qızı" F.Əliyarbəyli), Əziz ("Qatır Məmməd", Zahid Xəlil), Sabir ("Yeddi oğlan və bir qız" R.Ağayev), Molla Sadıq ("Dəli Kür" İsmayıl Şıxlı) və s. rolları oynamışdır. 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrda aktyor Balaxan ("Aydın" Cəfər Cabbarlı), Şüeyb ("Ulduz, yaxud Ədirnə fəthi" Cəfər Cabbarlı), Baba ("Poçt şöbəsində xəyal", Elçin), Qüdrət Qurbanoviç ("Köhnə ev", Əli Əmirli), Yoldaş Əmrah ("Bu dünyanın adamları", Hidayət), Teromen ("Fedra", J.Rasin), Sintizator ("Hələ "Sevirəm" deməmişdilər", Ramiz Novruz), Qulamoğlu ("Hərənin öz payı", Xeyrəddin Qoca), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Şeyx Əhməd ("Ölülər" Cəlil Məmmədquluzadə), serjant ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. rolları oynamışdır. "Bir aktyorun teatrı" ( Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarına və "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərinə çəkilmişdir.

Allah rəhmət eləsin ruhu şad olun


Turan EtibaroğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930