manera.az
manera.az

Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib/ MANERA.AZ

Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib/ MANERA.AZ


Bu gün Azərbaycanın tanınmış kinoşunası və rejissoru Azərbaycanın Əməkdar İncəsənət xadimi,Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşov ürək tutmasından dünyasını dəyişib.A.Dadaşovla bu gün vida mərasimi öz evində keçirilib və Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.Mərhumla vida mərasimində Aydın Dadaşovun qohumları və bir sıra sənət aləminin nümayəndələri iştirak edib.

Qeyd edək ki,Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində anadan olub,1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu( indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini,1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirmişdir. 1975-ci ildə C.Cabbarlı adına Azərbaycan Kinostudiyasında bədii flimlər üzrə direktor,rejissor və rekdaktor kimi çalışıb. 1989-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası"kafedarsında çalışır. 2000-ci ildən həmin kafedranın dosenti 2006-cı ildən isə kafedranın professorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbəridi.Onun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur.
1975-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.

Aydın Dadaşov Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatıdır.

ALLAH RƏHMƏT ELƏSİN...RUHU ŞAD OLSUN...
Turan Etibaroğlu
MANERA.AZ


Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib/ MANERA.AZ


Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib/ MANERA.AZ


Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib/ MANERA.AZ


Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib/ MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031