“Ehtiras tramvayı” – Marçello Mastroyyani/ MANERA.AZ

Tarix:13-03-2017, 21:56 Baxış Sayı:561

“Ehtiras tramvayı” – Marçello Mastroyyani/ MANERA.AZ


İlk uğurlar və Lukino Viskontinin “Ehtiras tramvayı”

Marçello Mastroyanni 28 sentyabr 1924-cü ildə İtaliyanın Appenin dağlarının ətəyində yerləşən Fontanliri əyalətində xarrat ailəsində anadan olub. Kasıb, sadə kəndli ailəsinin üçüncü övladı olan Marçellonun uşaqlıq və gənclik illəri Turin və Roma şəhərlərində keçib. Bir otaqlı evdə yaşayan ailənin dolanışığı ağır ehtiyac içində keçib.

On yaşı tamam olduqdan sonra məktəbli Marçello ailəsinə kömək etmək üçün müxtəlif çətin işlərdə işləməyə başlayır. Fəhlə, inşaatçı, mühasib kimi işlərdə özünü sınayan yeniyetmə Marçello hər vasitə ilə pul qazanmağın yollarını axtarırdı. O, çox arzulayırdı ki, Roma universitetinə daxil olub memarlıq sənətini mənimsəsin.

İkinci dünya müharibəsinin sonunda o, Almaniyanın əmək düşərgələrindən birinə salınsa da, ordan qaçmağa müvəffəq olur. Müharibə sona çatana qədər Marçello bir neçə ay Venesiyada gizlənə bilir. Müharibədən sonra isə Romada kargüzar kimi işə düzəlir.

Bununla yanaşı o, həm də həvəskar aktyor kimi Roma teatrlarının birində kiçik rollarla çıxış etməyə başlayır. Günlərin birində məşhur İtaliya rejissoru Lukino Viskonti səhnədən Marçellonun ifasını seyr edərək gələcək ulduzun işartısını duyur. Tamaşadan sonra Marçello ilə söhbət edən Viskonti onu Romadakı “Elizeo” teatrının tərkibində yaradılmış truppaya dəvət edir. Onun ilk səhnə rolu Viskontinin 1947-ci ildə səhnələşdirdiyi “Ehtiras travayı” tamaşasında olur və həmin ifadan sonra Marçello xeyli uğur əldə edir. Tale elə gətirir ki, bir gün həmin tamaşanı izləməyə gələnlər arasında İtaliya kinosunun dahi rejissoru Federiko Fellininin arvadı aktrisa Juliyyeta Mazini də olur. Tamaşa boyu Marçellonun ifasına xüsusi diqqət yetirən aktrisa aktyorun ifasını çox bəyənir və onunla tanış olmaq istədiyini bildirir. Beləliklə şöhrətə gedən yolun qapıları yavaş-yavaş Mastroyanninin üzünə açılmağa başlayır.

Teatrdakı rolları ilə yanaşı Marçello həm də peşəkar teatr ustalarından aktyorluq dərsləri də alırdı. 1945-ci ildə Viktor Hüqonun “Səfillər” romanı əsasında çəkilmiş filmdə rol alsa da, film o qədər uğurlu alınmır. 1950-ci ildə isə o, Viskontinin Dostoyevskinin “Bəyaz Gecələr” əsəri əsasında ekranlaşdırdığı eyni adlı filmində baş rola çəkilir.

Elə həmin il Marçello işlədiyi tetarda gənc aktrisa Flora Karabella ilə tanış olur. Bir müddət sonra cütlük ailə həyatı qurur. Bir ildən sonra isə onların Barbara adlı qızları dünyaya gəlir. Flora ailə qurduqdan sonra öz taleyi ilə barışıb Marçellonun bütün ərköyünlüyünə dözməyə çalışır.
60-ci illərin sonlarında Marçello artıq dünya kinematoqrafiyasında özünü təsdiq etmiş aktyora çevrilir. Bura qədər o, xeyli filmə çəkilsə də, ona əsas şöhrəti Federiko Fellininin “Şirin həyat”, “Səkkiz yarım”, Petro Cereminin “İtalyansayağı boşanma”, Mikelancelo Antoninonin “Gecə” filmləri böyük şöhrət gətirir.

1968-ci ildə aktyor Vittorio de Sikonun “Sevgili” filminə təsdiq olunur. Onun tərəf müqabili isə məşhur Amerika aktrisası Fey Danauey olur. Çəkiliş zamanı onların arasında isti münasibət yaranır. Sevgililər üç il gizlin görüşür, münasibətlərini mətbuatdan gizləməyə çalışırlar. Feya onunla görüşə gələn zaman imicinə yad olan libaslar geyir, parikdən və eynəkdən istifadə edir ki, onu heç kim tanımasın. Lakin, sonralar o, ciddi-cəhdlə Marçello ilə ailə qurmaq istəyir. Marçello isə bu istəyə qarşı çıxır və arvadından boşanmağa razı olmur.

Lakin buna baxmayaraq Feyadan da ayrılmağı bacarmır. Sonralar öz xatirələrində Feya haqqında belə deyir: “Mən onu ilk dəfə ekrandan tanımışdım. Sonra onunla şəxsən tanış oldum. Hətta onunla “Sevgili” filminə çəkiləndə daha cəsarətli olmaq üçün Feyanın ana dili olan ingilis dilini də öyrənməyə çalışdım. Bizim görüşlərimiz zamanı o məndən qat-qat hərəkətli və emosional olurdu. O, hər zaman məni dalğalı saçları, qeyri-adi hərəkətləri, cəsarəti ilə heyrətləndirməyi bacarırdı. Səhvləri və çatışmazlıqları o qədər xırda idi ki, onlara yalnız göz yummaq lazım gəlirdi. Lakin mən həm də bilirdim ona qarşı doğru hərəkət etmirəm. Çünki, biz sevgili idik. Mənim arvadım və bir qızım vardı. Feya isə məndən boşanmağımı tələb edir, hətta bunun üçün dəqiq vaxt istəyirdi. Mən isə qətiyyətlə bu fikrə qarşıydım. Mənə elə gəlirdi ki, Floradan boşanmaq ona qarşı etdiyim ən pis hərəkət olardı.”

Mastroyanni 1970-ci ildə Nadin Trentinyanın ekranlaşdırdığı “Belə işlər yalnız başqalarının başına gələ bilər” filmində çəkilməyə könülsüz razılıq verir. Onun həmin filmdə tərəf müqabili ilk baxışdan vurulduğu iyirmi doqquz yaşlı aktrisa Katrin Denev olur. Həmin vaxt aktyorun qırx səkkiz yaşı təzəcə tamam olsa da, yaraşıqlı və cazibədar idi. Katrin o zaman Fransua Trüffodan yenicə ayrılmışdı.
Onlar həmin filmdə övladlarını itirmiş ər-arvadı oynayırlar. Rejissor rollarını yaxşı mənimsəmək üçün hər iki aktyoru bir neçə gün yarıqaranlıq otaqda saxlayır. Filmin ən təsirli səhnələri də onlar otaq həbsindən çıxdıqdan sonra baş tutur. Elə həmin vaxtdan da onların məhəbbəti dildən-dilə gəzir.

Hər ikisinin ayrı ölkələrdə yaşaması onların məhəbbətinə maneçilik törətmirdi. Marçello gününün yarısını onunla telefonda danışmaqla keçirir. Darıxan kimi təyyarəyə oturub Parisə gəlirdi. Lakin bu uzun yollar, məsafələr Marçellonun səbrini tükədir…

Əvvəlki məşuqələrinə heç vaxt evlilik təkilif etməyən Marçello Katrindən “hə” cavabı almaqdan ötrü dəridən qabıqdan çıxır. Katrin isə hər dəfəsində onun evlilik təkliflərini rədd edirdi. Bu rədd olunmalardan bezən Marçello günün birində hər şeydən bezib geriyə arvadının yanına qayıdır. Lakin çox az müddətdən sonra o, İtaliyadakı film müqavilələrini pozub Parisə Katrinin yanına gedir.
1971-ci ilin payızında Katrinin Marçellodan hamilə olduğu xəbəri bütün Parisə yayılır. Onların qızı Kyara Şarlotta anadan olanda Marçellonun sevincinin həddi olmur.

Çoxlu sayda qeyri-qanuni uşaqları olan Marçello Katrindən olan qızını çox sevirdi. Bunun səbəbini ondan soruşanda deyirdi. “Onun anası üçün ölürdüm” .
Axırıncı dəfə Mastroyanni ilə Denöv “Bəyaz qadına toxunma” filminin çəkilişləri zamanı görüşürlər. Bu görüşdən sonra Katrin onunla bütün münasibətini birdəfəlik bitirib Parisə gedir. Həmin vaxtdan sonra onlar heç vaxt birlikdə görsənmirlər.

1970-ci ildə Marçello 22 il evli olduğu arvadı Floradan ayrılır. Bu vaxtdan ömrünün sonuna qədər aktyor kino tarixinə xidmət edir. “Qadınların şəhəri” (1980), “Cincer və Fred” (1985), “Buludların arxasında” (1995) kimi uğurlu filmlərə çəkilir. Ümumilikdə isə aktyor karyerası boyu 139 filmdə əsas rolları ifa edib. 90-cı illərin ortalarında Marçello rejissor Anna Mariya Tatto ilə ailə həyatı qurur. Bu zaman onun səhhətində ciddi probler yaranmışdı. Həkimlər Mastroyanniyə mədə xərçəngi diaqnozunu qoyurlar.

Aktyorun çəkildiyi sonuncu filmin rejissoru arvadı olur. Həmin filmdə danışan Marçello özü olur. “Marçello Mastroyanni: mən xatırlayıram” adlanan sənədli filmin çəkilişləri bitəndən sonra aktyor 1996-cı il dekabrın 19 da Parisdəki evində dünyasını dəyişir. Onu son mənzilə yola salmağa gələnlər arasında uzun illər Marçello ilə görüşməyən aktrisa Katrin Denöv də vardı.

Tərcümə: Samirə Əşrəf/ sim-sim.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ