Əməkdar Artist Suğra Bağırzadənin fərdi sərgisi keçirilib

Tarix:11-03-2017, 01:07 Baxış Sayı:556

Əməkdar Artist Suğra Bağırzadənin fərdi sərgisi keçirilib


Martın 10-da Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış aktrisa və rəssam Əməkdar artist Suğra Bağırzadənin “Hər yerdə gözəllik” adlı sənət əsərlərindən ibarət fərdi sərgi keçirilib.


Sərgisi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Xalq artisti Amaliya Pənahova çıxış edərək sərginin əhəmiyyətindən və aktrisanın incəsənətə bağlılığından söz açıblar və ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.Daha sonra qonaqlar sərgi ilə tanış olublar


S.Bağırzadənin sənət əsərləri onun daxili dünyasını və həyata baxışını təcəssüm etdirir. Güllərdən ibarət mürəkkəb kompozisiyaların yaradılmasında ona aktyorluq peşəsi də köməklik göstərir.Əsərlərini tər güllərdən hazırlamaqla yanaşı, sənətin ecazkarlığını qoruyur və daxili zənginliyi ilə əsərlərin gözəlliyinə əlavə ovqat bəxş edir. Sərginin ekspozisiyasında yer alan 70-dək sənət əsərinin ayrı-ayrılıqda məna və məzmun baxımından dolğun olduğuna diqqət çəkib.

Müxtəlif mövzulu əsərlərin yer alacağı sərgi bir həftə davam edəcək.

Turan Etibaroğlu
Manera.az


Əməkdar Artist Suğra Bağırzadənin fərdi sərgisi keçirilib


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ