Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

Tarix:10-03-2017, 23:46 Baxış Sayı:352

Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.


Azərbaycan Teatr Xadimləri İttifaqında 10 mart Milli Azərbaycan Teatr Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın tanınmış teatr və mədəniyyət xadimləri mükafatlandırılıb. Azərbaycan Teatr Xadimləri İttifaqının "Fəxri Mədəniyyət işçisi", "Fəxri Fərman" və "Sənətkar" medalı bir qrup tanınmış teatr xadimlərinə təqdim edilib.

"Sənətkar" medalı ilə təltif olunanların arasında SSR xalq artisti Fidan Qasımova, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova, Pantomima Teatrının rəhbəri, xalq artisti Bəxtiyar Xanızadə,xalq artisti, rejissor Vaqif Əsədov, xalq artisti, Akademik Milli Dram Teatrının aktisası Səidə Quliyeva, Yuğ Dövlət Teatrının aktrisası, əməkdar artist Sonaxanım Mikayılova və başqa teatr xadimləri var.
Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət, Azərbaycanın tanınmış teatr xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.


Turan Etibaroğlu
MANERA.AZ


Fotoşəkillər Primetime.az saytından götürülübБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ