Gəncədə yaşayıb-yaradan incəsənət işçiləri tərəfindən“11B Bilik günü” adlı film çəkilib. Filmin oktyabr ayında ekranlara çıxarılması planlaşdırılmışdı. Lakin texniki səbəblər üzündən filmin tamaşaçılarla görüşündə ləngimə baş verdi. Nəhayət, 2 Fevral – Gənclər günündə “Cinema Plus Xəmsə” kinoteatrında “11B Bilik günü” filmi kino həvəskarlarının ixtiyarına veriləcək.
90 dəqiqəlik komediya janrında olan film 11-ci sinif şagirdlərinin məktəb macəralarından bəhs edir. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Elnur Axundov, quruluşçu operatorları Vüsal Məhərrəmov, Rəşid Əliyarov, Anar İslam və Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzri, quruluşçu rəssamı Ruhiyyə Məmmədova, filmin direktoru isə əməkdar mədəniyyət işçisi Əli Qasımovdur.
Filmdə əsas rollara xalq artistləri Pərvanə Qurbanova, Məmmədəli Balayev, aktyorlar Murad Meyfəliyev, Hüseyn Cəfərov, Şəbnur Allahverdi, Akif Əliyev, Samir Bayramov və digərləri çəkiliblər.
11B sinifində uşaqlar qruplara bölünüb. Qızlar oğlanlardan küsüb, sinif rəhbəri pensiyaya çıxarılıb. Rəqib sinif olan 11 A-nın yazı lövhəsində sirli yazılar peyda olur və hamı 11 B-nin uşaqlarından şübhələnir. Sinif birbaşa direktorun nəzarətindədir. Bütün bunlara baxmayaraq sinif öz həyatını yaşayır. Kimlərsə ruh çağırır, kimlərsə dərsdən qaçıb sevdiyi komandanın futbol matçına gedir, kimlərsə qızlarla oğlanları barışdırmaq istəyir, kimlərsə 11 A-nın lövhəsində yazılan yazıların sirrini öyrənmək istəyir. Məsələni sinifə qonaq gələn ingilis şagird daha da qəlizləşdirir.
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.