Oxunub : 35 | Tarix : 10-01-2017, 11:00 | Bölmə: Medeniyyet

“İlin fotoqrafı” seçiləcək
Yanvarın 14-də Azərbaycan Fotoqraflar Birliyinin “İlin fotoqrafı-2016”nın təqdimat mərasimi keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək.

Tədbirdə Azərbaycan fotoqrafiya sənətində 2016-cı ilin yekunları elan ediləcək və 22 nominasiya üzrə mükafatlar təqdim olunacaq. Həmçinin Orxan Aslanovun “My Azerbaijan” fotosərgisi nümayiş ediləcək.

Qeyd edək ki, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən 1999-cu ildən bu günədək ənənəvi ilin yekun tədbiri olan “İlin fotoqrafı” mükafatlandırma mərasimi keçirilir.

Tədbirin informasiya dəstəyi Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) məxsusdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər