"Vətən məni yetişdirib" musiqi müsabiqəsi başa çatıb

Tarix:9-01-2017, 09:20 Baxış Sayı:131


"Vətən məni yetişdirib"  musiqi müsabiqəsi  başa çatıb
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə reallaşdırılmışdır.

Layihə öz qarşısına gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsi, gənclərin formalaşmasında böyük rol oynayan, onların vətənpərvərlik tərbiyəsində mühüm yer tutan vətənpərvərlik mahnılarının geniş təbliğatı və gənclərə Vətənpərvərlik ruhunun aşılanması kimi vacib məqsədlər qoymuşdur. Layihənin açılış mərasimində layihə iştirakçılarına layihənin gedişatı, onları gözləyən mərhələlər haqda ümumi məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Layihədə ümumilikdə 20 gənc iştirak etmişdir. Layihənin final mərhələsi olan - müsabiqə hissəsi Azərbaycan Dövlət Mədəniyyətt və İncəsənət Universitetində keçirilmişdir və bu mərhələdə gənclər müxtəlif janrlarda öz bəstələri olan və ya tanınmış mahnıları ifa etmişdirlər. Sonda layihə rəhbəri və Azərbaycan Dövlət Mədəniyyətt və İncəsənət Universitetinin müəllim heyətində ibarət olan münsiflər gizli səsvermə nəticəsində qalibləri müəyyən etmiş, daha sonra isə nəticələr elan olunaraq iştirakçılara mükafatlar və sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, layihə həmçinin bir neçə mötəbər günü özündə əks etdirmişdir. Belə ki, layihənin final mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günündə baş tutmuşdur. Bundan əlavə, layihədə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarını Həmrəylik Günü də qeyd olunmuşdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ