İstedadlı tələbələr təltif olundu

Tarix:30-11-2016, 16:01 Baxış Sayı:302

İstedadlı tələbələr təltif olundu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3 saylı elmi şurasında rektor, professor Fərəh Əliyeva istedadlı tələbələri diplomla təltif edib

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda III Ümumrespublika bilik yarışmasında Ulu Öndərin Azərbaycan tarixindəki rolu haqqında yüksək intellektual bilik nümayiş etdirib Universiteti layiqincə təmsil edərək, iştirak edən 42 komanda arasında 9-cu yeri tutduğuna görə:

1.İsrailov İsak
2.Həsənova Rövşanə
3.Əliyev Emin
4.Fətullayev Mehman
5.Aslanov Hüseynağa
6.Hüseynova Nərgiz


Multikulturalizm ili kontekstində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin layihəsi olan “Azərbaycan tolerantlığın və humanizmin beşiyidir” mövzusunda videoçarxı yüksək bədii-ictimai səviyyədə ərsəyə gətirdiklərinə görə:

1. Calal Kəngərli - rejissor
2. Azər Səlimov - Xanəndə
3. Can Akar - Vokal, bağlama, gitar
4. Ağayar Xanlarov - Tar
5. Cahandar Xanlarov - Kamança
6. Alparslan Yeşilbaş - Ritm
7. Andrew Nairn - Şeykr


Diplomla təltif olunublar.

Turan Etibaroğlu,
Manera.az


İstedadlı tələbələr təltif olundu
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ