manera.az
manera.az

ADO teatrı beynəlxalq foruma qatılacaq

ADO teatrı beynəlxalq foruma qatılacaq
Müstəqil ADO teatrı Gürcüstanda keçiriləcək beynəlxalq foruma qatılacaq.

Bu barədə Manera.az-a teatrın PR Meneceri Kamal Aken məlumat verib.

Onun sözlərinə görə, ADO teatrı adından teatrın fransız aktrisası Elsa Furtado iştirak edəcək: “Tibilisidə keçiriləcək “Creative Georgia Forum” tədbirinə ADO teatrı da qatılacaq. Tədbir 8 və 9 dekabr tarixlərində baş tutacaq. Tədbirlə əlaqədar teatrın rəhbəri Elmin Bədəlov da Gürcüstana gedəcək. Eyni zamanda bu formda dünyanın bir çox ölkələrindən Tibilisiyə gəlmiş mədəniyyət adamları da iştirak edəcək. Forumda eyni zamanda Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldovia, Ukrayna mədəniyyət nazirliklərinin əməkdaşları iştirak edəcək. Burada əsas olaraq kreativ mədəniyyət haqqında mübadilədən danışılacaq. Forum şərqdə kreativ mədəniyyətin inkişafına həsr olunub”.

Tədbirdə əsas məqsədi digər ölkələrdən gələn mədəniyyət insanlarının bir-biri ilə tanışlığı və birgə iş birliyi etmələri üçün yaradılmış bir şəraitdir. ADO teatrı bir neçə beynəlxalq festivallarda iştirak edib. Hətta bu ilin yayında Tibilisi şəhərində qastrolda olub və teatr bu şəhərdə 3 gün ara vermədən STOP adlı tamaşasını nümayiş etdirib. Teatrdan verilən məlumatda o da bildirilir ki, ADO`nun 2017-ci ildə də Gürcüstana səfəri planlaşdırılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031