Müəllimlər üçün ərəb dili kursu təşkil olunub

Tarix:18-11-2016, 11:35 Baxış Sayı:286

Müəllimlər üçün ərəb dili kursu təşkil olunub
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili kurslarına start verilib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən MANERA.AZ-a verilən məlumata gprə, məqsəd ərəb ölkələrinin kütləvi informasiya vasitələri ilə bağlı tədqiqat aparan fakültə müəllimləri, magistrantları və doktorantlarının dil bacarıqlarını yüksəltmək, onların həmin ölkələrin tarixi, müasir dövrü ilə bağlı vəsaitlərdən istifadə imkanlarını genişləndirməkdir.

Jurnalistika fakültəsində ərəb dili kursunun başlamasından məmnunlugunu bildirən Əşrəf Əbdülqadir Fərəq Mohamed bu barədə məlumat verib, ərəb dilini qısa müddət ərzində mənimsəməklə bağlı tövsiyələrini bildirib.


Müəllimlər üçün ərəb dili kursu təşkil olunub
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ