manera.az
manera.az

Gənclər hansı kinolara baxır?.. - SORĞU / MANERA.AZ

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZ


Manera.az Milli Kino günü (2 avqust) münasibətiylə gənclərdən kinoya münasibətlərini öyrənib. Sorğunu təqdim edirik:

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZXanım Aydın (yazıçı-tərcüməçi):

- Mənimçün teatr daha doğma olsa da, kino da həyatımın müəyyən hissəsini əhatə edir. Kino deyəndə nədənsə ilk növbədə “Bəyin oğurlanması” filmi yadıma düşür. Orda kolxoz sədri yaxşı bir fikir söyləyir: “Bu kino ki var həm qəlizdi, həm də ki vacib!” Vacib sənətdir kino! Kaş ki, kinomuz əvvəlki qüdrətini yenidən qaytara bilə. İlkin işartılar görünsə də, hələ yenidən zirvəyə qalxmaq üçün uzun bir yolu var kinomuzun. Sevirəm dünya kinosunu da, köhnə Azərbaycan filmlərini də. Bizim filmlərdə sentimentallıq qabarıq şəkildə özünü büruzə versə də, biz hisslərlə, duyğularla yaşayan xalq olduğumuz üçün, sevirik, bəyənirik. Elə bircə “Ogey ana” filmini yadımıza salsaq, kifayət edir. Ümumiyyətlə isə dünya kinosuna nəzər salsaq psixoloji, sosial yönümlü filmlər günümüzüdə liderlik edir. Buna misal olaraq, “Dəccal” filmini deyə bilərəm. “Sağ qalmaq”, Stiven Hokinqin kainatı”, “Anna Karenina” “Yaşamaq” və s. kimi filmlər də sevdiyim kino nümunələridir.

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZVəfa Mürsəlqızı (Yazıçı):

-Bədii və sənədli ekran əsərlərini ayrı-ayrı fərdlərin və hətda bəşəriyyətin həyatını dəyişə biləcək gücə malik olduğunu düşünürəm.Təbii ki,film izləməyi də çox sevirəm. Uşaqlığımda "Köhnə tüfəng"adlı bir filmə baxmışdım və uzun müddət bu filmin təsirindən çıxa bilməmişdim. Sonralar Cuzeppe Tornatorenin "Malena",Roman Palanskinin "Pianoçu" ekran əsərlərini izlədim.Bu iki filmin çox sevdiyim filmlər olduğunu deyə bilərəm.Təəssüf ki,bizdə kinomotaqrafiya hələ ki,lazımi səviyyədə deyil.Ən çox aktyor oyunu məni qane etmir.Düzdür istisna hallar da mövcuddur.Amma əksər hallarda aktyor oyunundakı sünilik hiss olunur.Sevdiyim Filmlər arasında "Titanik" və "Troya"filmləri də var. Amma son illər çəkilən bəzi ekran əsərlərində müsbət tərəfə dəyişikliklər müşahidə olunur. Köhnə Azərbaycan filmlərini isə istisnasız sevirəm.Bu filmləri bizim kino irsimiz hesab edir və hər birində bir dənə də olsa xatırlanmalı sitat olduğunu düşünürəm.

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZAysel Abdullazadə Cəfərova (yazıçı):

-Öncəliklə, kino sahəsində zəhməti olan hər kəsi təbrik edirəm.

Mən kino sahəsi ilə çox maraqlanıram, dərin və sağlam özüllü kinoların izləyicisiyəm.

Ən çox sevdiyim Azərbaycan kinosu "Bəxt üzüyü"dür. Ordan xatırladığım və məndə təbəssüm yaradan cümlə budur: "Neynədün, ala, arağın tapılmayan vaxtında...".

Kinolarımız bu gün inkişaf edir, keyfiyətli kinolar çəkilir və dövlət də buna dəstək olur. Fəqət, dünya kinosuna çıxmaq üçün daha çox çalışmaq, yüksək bilgili rejissorların kəşfinə maraq yaratmaq mütləqdir. Azərbaycan kinosu hələ çox yol qət eləməlidir...

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZSerdar Amin (yazıçı):

- Mən Milli Kino Günündə diqqəti Hollivud kinomexnizmində əzilən sənət filmlərinə yönəltmək istəyirəm. Çünki, gənc insan üçün kino bir neçə istiqamətdən əhəmiyyətli olmalıdır.Sadəcə maraqlı, alabəzək sujet xətti olan, fantastik fışqırıqlarla dolu filmlər baxımlı ola bilər, amma əhəmiyyəti sənət filmləri ilə müqayisə olunmaz. Gənclərimizin ciddi filmlərə yönəlməsini arzulayıram.

"Ən çox sevdiyim film"ə gəldikdə mən bu nominasiyanı təyin eləməkdə çətinlik çəkirəm, çünki, zəngin dünya və Azərbaycan kinolarını ümumiləşdirib onlardan bircəciyini fərqləndirmək çox çətindir. Sevdiyim bir neçə filmi sadalaya bilərəm:

"Satalker" - A.Tarkovski
"Danış onunla" P.Almodovar
"Mayıs sıkıntısı" - N.B. Ceylan
"Dalğaları yarmaq" - L.Trier
"Gilas dadı" A. Kiyarüstəmi
"Hər şey yaxşılığa doğru" - Vaqif Mustafayev.

Sevindirici məqam bu gün Azərbaycan gənclərinin əlinə kamera ala bilmə cəsarətidir, ən çox da sənət filmlərinə cəhd etməsi pozitiv göstəricidir. Belə görünür ki, növbəti 5 il ərzində artıq Azərbaycan gənclərinin filmləri beynəlxalq müsabiqələrdə mükafatlandırılacaq.

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZUlucay Akif (şair):

-Filmlərə marağım çox böyükdü, çünki filmlər kitabların, həyatlarn ekranlaşdırılmış variantıdır. Öz filmlərimiz, Türkiyə filmləri, ya xarici, fərq etməz, hamısını izləyirəm. Janr məhdudiyyəti də qoymuram özümə, amma fantastika janrını sevmirəm. Real hadisələr əsasında çəkilmiş filmlərə üstünlük verirəm. Ən çox sevdiyim kino hansıdı deməyə çətinlik çəkirəm. Yadıma düşən və sevdiyim bir cümlə var "Bir nəfər kompaniyadır, iki nəfər izdiham"...

İndiki filmlərimizi bəyənmirəm, aktyorlarımızın əksəriyyəti peşəkar deyil. Sovet vaxtı film ənənəmiz daha güclü idi. Məncə kino sənətimiz yenə o vaxtlarına qayıdacaq.

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZTural İsmailov (jurnalist):

-Kinonu çox sevirəm. Tez-tez filmlərimizi izleyirəm. Ən çox sevdiyim kino 'Bəxt Üzüyü'dür. Yadımda qalan ifadə 'Bəxt Üzüyü' kinosundakı "adsız dəyirmanda xoruz oler” ifadəsidir.
Kinomuzun bu günü isə ürəkaçan deyil, çox iş görülməlidir...

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZTural Turan (jurnalist):

- Milli kinomuzun şanlı tarixi var. Bu danılmazdır. Klassik kino nümunələrimizlə qürur duyuram. Ən sevdiyim filmlərimi "Bircəciyim (1986)" , "İşarəni dənizdən gözləyin" və "Axırıncı aşırım" və "Bəyin oğurlanması" filmləridir. "Bəxt üzüyü"nü də buraya daxil edə bilərəm. Bu filmlərdə ən çox sevdiyim ifadələr "sənə əjdaha lazımdı?", "Bu kino ki, var...", və "sabataj nədi əəə?" sözləridir. Hərdən işlədirəm bu ifadələri. Amma hazırki kinomuzun durumu məni qane etmir. Yaxşı ideyalar olanda, kamera və işıq problemi tapırsan. Yaxşı ssenari olanda, aktyorda problem çıxır... Tam xoşuma gələn müasir filmimiz yoxdur. Nisbətən "Çölçü" filmini qənaətbəxş saymaq olar. Amma orada da texniki qüsurlar çoxdur. İdeya, aktyor və mətn isə az-çox bu filmdə bir -birini tamamlayır.

Yaxşı olardı ki, dövlət ildə yalnız bir - iki filmin çəkilişinə pul ayırsın. Özü də kifayət qədər bir vəsaitdən söhbət gedir. Ən azı 100 milyon dollar. Kino elə bir sahədir ki, qazandığının iki qatını götürə bilirsən. Bu da bir biznesdir.

Gənclər hansı kinolara baxır?.. - SORĞU  / MANERA.AZVüsal Oğuz (yazıçı):

-Mənim fikrimcə, kino mədəniyyətin bütün sahələrindən öndə gedir və daha geniş izləyiciyə malikdir. Leninin kino haqqında belə bir fikri var: Şübhəsiz ki, təbliğat və mədəni səviyyə baxımından kino böyük təsirə malikdir.

Müasir dövrümüzdə dünyada elə bir adam tapmaq olmaz ki, kinoya baxmasın.

Ən çox sevərək baxdığım filmlər - "Axırıncı aşırım, Təhminə və Zaur, Fəryad, Bəyin oğurlanması, Babək, Uzaq sahillərdə"... və s.

Kinolarda ən çox yaddımda qalan cümlə - "Axırıncı aşırım"da Abbasqulu ağa ilə Kərbəlayının dialoqu, "Təhminə və Zaur"da Təhminənin Zaura dediyi "kişi fahişəni mələyə çevirəndir" cümləsi, "Bəyin oğurlanması"ndan "sənə əjdaha lazımdır?" və s.

Təəssüf ki, ədəbiyyatımızdakı yerindəsayma prosesi kinomuzda da gedir və bu proses yəqin ki, hələ çox çəkəcək. I əsrdən artıq yaşı olan Azərbaycan kinosu niyə bu vəziyyətdədir?

Bir çoxları bunu keçid dövrü ilə əlaqələndirirdilər. Amma bu prosesdə də geridə qaldıq. Qonşu ölkələr Gürcüstan, Rusiya, İran bu sahədə daha böyük işlər görə bildilər. Düzdür, müstəqillik dönəmində "Yaramaz", "Fəryad", "Dolu" və s. kinolar ərsəyə gətirildi. Amma gəlin etiraf edək ki, bu kinoların heç biri Sovet dönəmində çəkilmiş kinolarla müqayisə ediləcək səviyyədə deyil. Hər şeyi maddiyyatla, texniki avadanlıqla da bağlamaq olmaz. Niyə 1945-ci ildə "Arşın mal alan" kinosu ilə dünyaya çıxan Azərbaycan kinosu bu gün dünyada öz sözünü deyə bilmir? Deməli, problemin kökü başqadır. Bu gün ilk növbədə bu məsələ araşdırılmalıdır.

Kino dünyəvi sənətdir. Bu sahəni inkişaf etdirməklə həm dünyaya çıxmaq, həm də böyük pullar qazanmaq olar. Təəssüf ki, bu gün çəkilən seriallar ancaq "bazar"a işləyir. Bir-iki komediya ilə də dünyada tanınmaq olmaz. Axı niyə mənim xalqım Oskar və digər nüfuzlu kino mükafatlarını qazanmamalıdır?..

Elnur,
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930