Oxunub : 162 | Tarix : 17-03-2016, 11:54 | Bölmə: Medeniyyet

Bakı: Əli və Ninonun şəhəri - FİLM |MANERA
Britaniyanın beynəlxalq sənət təşkilatı “Dash Arts” tərəfindən Londonda “Bakı: Əli və Ninonun şəhəri” adlı sənədli filmin nümayişi keçirilib.

Sənədli ekran əsəri yazıçı Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilmiş eyniadlı film əsasında məşhur prodüser Teresa Çerfas tərəfindən çəkilib. Filmdə “Əli və Nino” romanı fonunda Bakıda ilk neftin çıxarılması, Böyük Vətən müharibəsi, Azərbaycan Xalq Cümhuriyyəti kimi real tarixi hadisələrdən bəhs edilir.

Sənədli filmin nümayişindən sonra britaniyalı yazıçı, araşdırmaçı jurnalist, Qafqaz, Rusiya və Qara dəniz bölgəsi üzrə mütəxəssis Thomas de Vaal, ekran əsərinin prodüseri Teresa Çerfas və “Dash Arts” təşkilatının bədii rəhbəri Jozefine Burtonun iştirakı ilə müzakirə olub və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatının sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər