“Bu sizsiniz” adlı rəsm müsabiqəsi | MANERA.AZ

Tarix:13-10-2015, 14:23 Baxış Sayı:378

 “Bu sizsiniz” adlı rəsm müsabiqəsi  | MANERA.AZ
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda rəsm müsabiqəsi keçiriləcək. Belə ki, Xətai Sənət Mərkəzində təşkil olunacaq "Bu sizsiniz" adlı rəsm müsabiqəsi Azərbaycanın turizm sektorunun inkişafına dəstək məqsədilə keçirilir.

Xətai Sənət Mərkəzindən bildiriblər ki, müsabiqədə iştirak etmək istəyənlər öz rəsm əsərlərini oktyabrın 15-dək Xətai Sənət Mərkəzinin facebook səhifəsinin (https://www.facebook.com/xsm.art.az) mesaj qutusuna göndərə bilərlər.

İştirak üçün portret janrında fərqli üslubda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, gips, döymə və s.) ən azı 3 rəsmin fotosunu göndərmək lazımdır. Göndərilən işlərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək.

Münsiflər tərəfindən seçilmiş iştirakçılar oktyabrın 24-də saat 16.00-da Xətai Sənət Mərkəzinə gələrək öz bacarıqlarını canlı olaraq nümayiş etdirəcək. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Müsabiqənin bütün iştirakçıları diplomla təltif olunacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ