Oxunub : 204 | Tarix : 3-10-2015, 13:34 | Bölmə: Medeniyyet

“Ağil və güc” tamaşası tamaşaçılara təqdim olunacaq MANERA.AZ

Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrında yenə əsl teatr bayramı əhval-ruhiyyəsi hiss olunurdu. Belə ki, inkişaf etməkdə olan Mingəçevir teatrı yeni tamasa ilə tamaşaçıları sevindirmək ərəfəsindədir.

Teatrda yazıçı Əli Səmədlinin “Cəsurlar” nağıl- pyesi əsasında hazırlanmış “Güc və Ağıl” tamaşasının 01.10.2015-ci il tarixində ictimai baxışı keçirilmişdir.
Baxış tamaşasında teatrın bədii şurası, yaradıcı heyəti ilə bərabər, ilk dəfə olaraq Mingəçevir şəhərinin əksər məktəblərinin müəllim və şagird nümayəndələri də iştirak etmişlər. Maraqla qarşılanan tamaşanın müzakirəsində müəllimlər və şagirdlər yüksək fəallıq göstərmiş, əsərin movzu və ideyasının bu günlə uyğunlaşdırılması, vətənpərvərliyin, cəsurluğun, düşmənə qarşı mübarizənin ön plana gətirildiyini qeyd etmişlər.
Tamaşada hadisələrin nağıl kontekstindən çıxarılaraq bu gün xalqımızın apardığı Qarabağ müharibəsi mövzusu ilə əlaqələndirilməsi balaca teatrsevərlərdə böyük maraq doğuraraq vətənpərvərlik hissi aşılaya bilmişdi.
Azərbaycanın Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu tamaşada E.İbrahimova, A.Məmmədov kimi təcrübəli aktyorlarla yanaşı teatrın gənc aktyor heyətindən də rol alanlar vardi.
Müzakirələr zamanı tamaşaçılar rəssam işinin, musiqi tərtibatının yüksək səviyyədə olduğunu xüsusi vurğulamışlar.
Yaxın günlərdə “Ağil və güc” tamaşası balaca tamaşaçılara təqdim olunacaq.
Müəllim və məktəblilər yeni hazirlanmış tamaşanin ilk dəfə olaraq, onların iştirakı ilə müzakirə edilməsini razılıqla qeyd etmişlər.
Muzakirələr zamanı çıxış edən teatrın direktoru Səxavət Məmmədov yeni hazırlanmış uşaq tamaşalarında belə muzakirələrin teatrda bir ənənə halını alacağını bildirdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər