manera.az
manera.az

ƏSA Teatrından Nəsimi performansı

ƏSA Teatrından Nəsimi performansı
Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı t “Nəsimi İli”nə “Sirri Ənəlhəqq” adlı anterpriza ilə öz tövhəsini verəcək

Manera.az xəbər verir ki, sentyabrın 27-28-də ƏSA Teatrı Nizami Kino Mərkəzində “Sirri Ənəlhəqq” anterprizasını təqdim edəcək.

Bu barədə teatrın baş meneceri Nicat Qulam məlumat verib.

Onun sözlərinə görə, bir neçə ay ərzində hazırlanan anterprizada Nəsimi fəlsəfəsinə yeni və maraqlı baxış ortaya qoyulub: “Anterprizada böyük mütəfəkkirin doğuluşu, biliklərini zənginləşdirmə yolu ilə kamilləşməsi, öz ideologiyasının kütləvi təbliği modern üslubda təqdim olunur. Anterprizanın ən cazibədar tərəfi isə bədii plastikadan istifadə olunmaqla, modern rəqslərin sayəsində Nəsiminin dühası auditoriyaya çatdırılmasındadır”.

Qeyd edək ki, bu günədək Nəsimi haqqında, onun yaradıcılığı və fəlsəfəsi haqqında standartlaşmış klassik düşüncə formalaşıb. ƏSA Teatrı isə öz anterprizasında bütün çərçivələri dağıdaraq, Nəsimi dühasının böyüklüyünü, dünyəviliyini və bəşəri missiyasını modern trendlərlə təqdim etməklə, Nəsimi haqqında yeni fikirlər formalaşdırır və tamaşaçını həm düşünməyə, həm də zövq almağa dəvət edir. “Sirri Ənəlhəqq” anterprizası “Nəsimi” ilində böyük Azərbaycan dahisinə inklüziv ƏSA Teatrının töhfəsidir.

ƏSA Teatrının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əməkdaşlığı çərçivəsində baş tutan “Sirri Ənəlhəqq” anterprizası 2019-cu ildə ölkəmizdə qeyd olunan “Nəsimi” ili münasibəti ilə hazırlanıb.

Nəzərinizə çatdıraq ki, “Sirri Ənəlhəqq” anterprizası birinci nümayişi qapalı, ikinci nümayişi isə ictimaiyətə açıq şəkildə olacaq.

Anterprizanın ideya müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, plastik iş xalq artisti Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Vuqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Nübar Hüseynova, qəzəllərin kompozisiyası Mehdi Cənnəti Fərd, Art menecer Nicat Qulam, redaktor Elxan Xanəlizadə, multimedia Famil Mahmudbəyli. Rollarda Elşən Əskərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Fəziyeva, Elvin Mirzəyev, Pegah Dafe, Rəhimə Abdinova, Royal Allahverdiyev, Orxan Əliyev, Riad Sultanov, Nigar İsa, Cəmilə Məmədli və Aysel Əliyevadır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930