manera.az
manera.az

“Kontrabas” Şövqü Hüseynova daha bir mükafat qazandırdı

“Kontrabas” Şövqü Hüseynova daha bir mükafat qazandırdı


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Respublikanın Əməkdar artisti Şövqi Hüseynov “Kontrabas” tamaşası ilə Rusiyanın Kineşma şəhərində keçirilən “Ostrovski – FEST” I Beynəlxalq Teatr festivalında iştirak edib.Avqustun 14-də start götürən beynəlxalq festivalın ilk tamaşası məhz Şövqi Hüseynovun ifasında “Kontrabas” tamaşası olub.

“Kontrabas” XX əsrin ən böyük nasirlərindən biri - Patrik Zyuskind tərəfindən yazılıb. Bu, intellektual, fəlsəfi və özünə istehza notları ilə son dərəcə zəngin nəsr əsəridir. Əsərin parlaqlığı, emosional ifadə tərzi, yumoru və burada insan təbiətinin dərindən başa düşülməsi tamaşanın rejissoru İrina Perlovaya imkan verib ki, özünəməxsus müəllif kompozisiyası və səhnə əsəri yaratsın. Tamaşanın baş və yeganə qəhrəmanının - Musiqiçinin gözlə görünməyən opponentləri və tərəfdaşları, yəni daxili monoloq-dialoqunun personajları daim onun yanındadırlar.İfası ilə teatr mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanan tamaşa bir çox beynəlxalq teatr festivallarında uğurlu çıxışlar edib.

Beynəlxalq arenada növbəti uğur qazanan Əməkdar artist Şövqi Hüseynov “Kontrabas” mono-tamaşasındakı roluna görə bu festivalda “Tamaşaçı simpatiyası” nominasiyasının qalibi olub.

“Kontrabas” Şövqü Hüseynova daha bir mükafat qazandırdı


Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031