Tərbiyədə 10 qızıl qayda

Tarix:24-06-2019, 20:09 Baxış Sayı:87

Tərbiyədə 10 qızıl qayda
1. Uşağın sənin kimi, və ya sənin istədiyin kimi olmasını gözləmə. Ona sənin kimi yox, özü kimi olmağı öyrət.

2. Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb etmə. Sən ona həyat vermisən, bunun hesabını necə ödəyə bilər? O da başqasına həyat verəcək, başqası da digərinə. Bu, qayıtmayan minnətdarlıq qanunudur.

3. Acığını uşağın üzərinə tökmə. Qocalanda "acı çörək” yeməyəsən. Nə əkərsən, onu da biçərsən.

4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkə biləcəyi yükü verir, İnan ki, ona öz problemləri səninkilərdən daha ağırdır, çünki səndən qat-qat təcrübəsizdir.

5. Uşağı alçaltma!

6. Unutma, insanın ən vacib görüşü – onun uşaqlarla olan görüşüdür. Onlara daha çox diqqət yetir, biz heç vaxt uşağın timsalında kimin yetişdiyini bilmərik.

7. Əgər uşağın üçün heç nə edə bilmirsənsə, özünə əzab vermə. Əzabı o zaman ver ki, bacarırsan, amma etmirsən. Unutma, əgər uşaq üçün bacardığın hər şeyi etməmisənsə, deməli, onun üçün kifayət qədər etməmisən.

8. Uşaq sənin təkcə həyatına hakim kəsilən, ətdən və qandan ibarət biri deyil. Onu qorumağın və yaradıcılıq alovunu inkişaf etdirməyin üçün həyatın sənə verdiyi ən dəyərli paydı. Atanın və ananın sonsuz məhəbbətlə böyütdüyü "öz uşağı" deyil, qəlbi, ruhu olan insandır.

9. Başqasının övladını sevməyi bacar. Öz övladına edilməsini istəmədiyin şeyləri başqasına etmə.

10. Övladını istənilən halda sev, hətta istedadsız, uğursuz, böyümüş olsa da. Onunla münasibətdə olduqca sevincli ol. Uşaq səninlədisə, artıq bayramdır.

YANUŞ KORÇAK,
polyak pedaqoq, yazıçı, publisist, ictimai xadim
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ