İki aşiq 75 il sonra görüşdü: "Ürəyimdən heç vaxt çıxmadın"

Tarix:14-06-2019, 13:38 Baxış Sayı:96

İki aşiq 75 il sonra görüşdü: "Ürəyimdən heç vaxt çıxmadın"
İkinci dünya müharibəsi zamanı Normandiyada döyüşən amerikalı əsgər və aşiq olduğu fransız qadın 75 il sonra ilk dəfə görüşüb.

Manera.az xəbər verir ki, 24 yaşında ikən Fransanın şimalında xidmət edən amerikalı əsgər Robbins aşiq olduğu 18 yaşlı sevgilisini o zamandan sonra bir daha görməyib.

75 il sonra Robbins müharibə ilə bağlı verdiyi açıqlamada gənclik sevgisi olan qadının artıq həyatda olmadığını düşündüyünü söyləyib. Bundan sonra fransız jurnalistlər qadını taparaq cütlüyü 75 il sonra ilk dəfə görüşdürüb.

Sevdiyi qadınla görüşdüyü zaman “Hər zaman səni sevdim, ürəyimdən heç vaxt çıxmadın ” deyən Robbins gözlərinə inanmadığını bildirib.

İki aşiq 75 il sonra görüşdü - VİDEOБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ