Qadın istəyəni Tanrı da istəyir - Məşhurlar qadın haqqında

Tarix:3-06-2019, 18:10 Baxış Sayı:94

Qadın istəyəni Tanrı da istəyir - Məşhurlar qadın haqqında
Manera.az məşhurların qadın haqqında dediklərini təqdim edir:

***
“Tərəddüd etmədən evlən. Əgər qarşına yaxşı qadın çıxsa, hamıdan fərqlənəcəksən, pisi çıxsa, filosof olacaqsan”.
Sokrat

***
“Qadın intuisiyası kişi əminliyindən daha dəqiqdir”.
“Kişilərin yaddaşında əbədi qalmaq üçün bəzi qadınların hansısa küçədən bir dəfə keçməsi kifayətdir”.
R.Kiplinq

***
“Əgər dünyada cəmi bir qadın qalsa belə, onlar haqqında deməyə həmişə yeni bir söz tapılacaq”.
C.Buffle

“Bütün Avropanı sülhə gətirmək mənim üçün bir necə qadını barışdırmaqdan daha asandır”.
XIV Lüdovik

***
“Qadınlar bizi xoşbəxt eləmək üçün bir, bədbəxt eləmək üçün min bir üsul bilirlər”.
“Qadın eyni zamanda həm alma, həm də ilandır”.
H.Heyne

***
“Yalnız sevməyi bacaran qadınlar darıxdırıcı olur. Sevməklə yanaşı, nifrət etməyi də bacaranlar daha maraqlıdır”.
“Qadınlarda qeyri-adi intuisiya olur. Onlar ən aydın görünənlərdən başqa hər şeyi sezə bilirlər”.
“Qadının nə düşündüyünü bilmək istəyirsinizsə, ona qulaq asmayın, sadəcə baxın”.
O.Uayld

***
“Tanrı qızı, kişi isə qadını yaratdı”.
B.Vervil

***
“Qadın istəyəni Tanrı da istəyir”.
Fransız məsəli

***
“Qocadan nə vaxt öləcəyini soruşmaq qadından nə vaxt doğulduğunu soruşmaqdan daha asandır”.
J.Labrüyer

***
“Deyirlər, Fransada qadınların kosmetikaya xərclədiyi dövlətin orduya xərclədiyindən daha çoxdur. Əslində, qadınların qələbəsi də daha çoxdur”.
Y.İpoxorskaya

***
“Qadınlar haqqında pis fikirdə olan kişilər, adətən, onlardan birini nəzərdə tutur”.
R.Qurmon

***
“Yazıçıların əksəriyyəti kişi olduğundan dünyadakı bütün günahlar qadınların ayağına yazılıb”.
S.Conson

***
“Qadın Tanrının ikinci səhvidir”.
F.Nitsşe


***
“Özünü kişi kimi aparmaq indiki qadınlar üçün elə də çətin deyil, amma özünü centlmensayağı aparmağı çox az qadın bacarır”.
K.Makenzi

***
“Qadına hərdən hökm etmək üçün gərək həmişə itaətində durasan”.
V.Hüqo

***
“Hər şey insanın, insan isə qadının əlindədir”.
A.Fürstenberq

***
“Qadının həyatında üç dövr olur: 1. Yaşını deməkdən qorxmur. 2. Yaşını deməyə qorxur. 3. Yaş özü hər şeyi deyir”.
L.Kumor

***
“Kişi qadının ayaqlarını dəyərləndirir və qarşısında diz çökür. Qadın isə kişinin başını dəyərləndirir və ora girməyə can atır”.
S.Vrublyovski

***
“Qadın həyatı elə də asan deyil, ən azı ona görə ki, o hər an kişiylə üz-üzə gəlməlidir”./aydinyol.az/
C.Konrad

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ